Rixard Raşi Azərbaycana GƏLDİ

23:00 12.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ölkəmizə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı və onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov və protokol əməkdaşları qarşılayıblar.